Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-cu il ərzində 69 184 min manat məbləğində mənfəət əldə edib.
Eləcə də bax: Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını - ARTIRIB
FED.az bu barədə AMB-nin ötən il fəaliyyəti ilə bağlı KPMG şirkətinin audit hesabatına istinadən xəbər verir.
Audit hesabatına əsasən, hesabat dövründə bölüşdürülməmiş mənfəət 3 448 340 min manatdan 1 543 524 min manata enib.
Qeyd edək ki, AMB 2018-ci ildə 60 316 min manat zərər edib (Apa).