2024-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) xarici valyuta əməliyyatlarından 1 milyon 218 min manat gəlir əldə edib.
FED.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Bu da 2023-cü illə müqayisədə 304 min manat və ya 33% çoxdur.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Mərkəzi Bankı (AMB) xarici valyuta əməliyyatlarından 914 min manat gəlir əldə edib.