2024-cü ildə Mərkəzi Bankın effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 546 milyon 137 min manat, sair faiz gəlirləri 171 milyon 419 min manat, faiz xərcləri 218 milyon 806 min manata bərabər olub.
İllik müqayisədə effektiv faiz dərəcəsi metodu ilə hesablanmış faiz gəlirləri 63 milyon 614 min manat (13%), sair faiz gəlirləri 138 milyon 615 min manat (5,2 dəfə) artıb, faiz xərcləri 80 milyon 843 min manat (27%) azalıb.
Yekunda qurumun xalis faiz gəlirləri 283 milyon 72 min manat (2,3 dəfə) artımla 498 milyon 750 min manata yüksəlib.