Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.
FED.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, dekabrın 7-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 533,5 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.
Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.