Azərbaycanda illik inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb. Xarici mənşəli inflyasiyanın səngiməsi əsasən qlobal iqtisadi aktivliyin azalması və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində baş verib.
Təcili: Mərkəzi Bank faiz qərarını - AÇIQLADI
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, qlobal əmtəə, xüsusilə də enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını azaldıb.
Dünya Bankının məlumatına əsasən əmtəə qiymətləri indeksi noyabrda illik əsasda 18.3%, o cümlədən enerji qiymətləri üzrə 23.9%, qeyri-enerji qiymətləri üzrə 4.6% enmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi noyabrda illik əsasda 10.7% azalmışdır. Valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsinin 2023-cü ilin 11 ayında 19.5% möhkəmlənməsi idxal inflyasiyasının azalmasında mühüm rol oynamışdır. Bu dövrdə daxili amillərdən qida emalı sənayesi məhsullarının istehsalçı qiymətləri azalmış (noyabrda illik 2.5% azalma), kənd təsərrüfatı istehsalçı qiymətlərinin artım tempi (noyabrda illik 4.1% artım) aşağı düşmüşdür. Bu amillər müəyyən zaman intervalında inflyasiyaya azaldıcı təsir göstərir. Hökumət və Mərkəzi Bank tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri də inflyasiyanın azalmasına təsir göstərib