Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 13-də keçirilmiş valyuta hərracında bankların tələbinin rekord həddə - 151,1 milyon ABŞ dollarına çatmasına münasibət bildirib.
“Azərbaycanda dollara tələb kəskin artıb”
FED.az xəbər verir ki, AMB-dən bildirilib ki, tələbin artması mövsümi xarakter daşıyır.
"Bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə bağlıdır. 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55 %-də təklif tələbi üstələyib. Valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir", - deyə açıqlamada qeyd olunub.