AZIR indeksinin 1 faiz bəndi dəyişməsi fiziki şəxslər üzrə depozit faizlərinə 0,14-0,27 faiz bəndi təsir edir.
Azərbaycanda valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılıb
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin müavini Elçin Güləliyev bildirib.
"Mərkəzi Bankın uğurlarından biri də ötən iki il ərzində AZIR faiz dərəcəsinin faiz dəhlizi daxilində saxlanılması olmuşdur. Bu da onu göstərir ki, artıq AMB-nin faiz kanalı işləməyə başlamışdır. Bunun digər sevindirici faktoru odur ki,artıq 1D AZIR indeksi bankların özlərinin depozit faizlərinə də təsir göstərməyə başlamışdır. Məsələn qiymətləndirmə nəticəsində məlum olub ki, AZIR indeksinin 1% bəndinin dəyişimi fiziki şəxslər üzrə depozit faizlərinə təxminən 0,14-0,27 faiz bəndi arasında təsir göstərir",- deyə o qeyd edib.
AMB rəsmisi yeni AZIR qaydasının yenilikləri və üstünlükləri haqqında məlumat verərkən vurğulayıb ki, AMB ötən iki ilin təcrübəsini və beynəlxalq təcrübəni nəzərə almaqla, eyni zamanda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) mütəxəssislərinin də dəstəyi ilə, onlarla sıx əməkdaşlıq çərçivəsində qaydaları daha da təkminlləşdirilərək yeni şəkildə hazırlanmışdır.
"Yeni qaydalara görə əsas üstünlük birinci olaraq kənar göstəricilər təmizlənir yəni hesablamalarda bütün əməliyyatlar yox bu əməliyyatlardan fərqlənmiş bəzi göstəricilər təmizlənir. Bunadan başqa müxtəlif müddətlər ərzində toplanan faizli AZIR faiz dərəcələri hesablanır və açıqlanır. Tələb olunan səviyyədə əməliyyatın olmadığı dövrlərdə də yenə AZIR dərəcəsinin ödənişi davam edir və qırılmalar olmur" - deyə o məlumat verib.
"1D AZIR indeksinin kredit faizlərinə təsirini öyrənmək üçün ölçmələr aparmağa cəhd etmişik. Hələ ki, bununla bağlı ölçmələr, qiymətləndirmələr davam edir. Biraz müddətin daha uzun olması lazımdır və daim bununla bağlı işlər aparılır. Hələki təqdim edilə biləcək bir qiymətləndirmə yoxdur, amma, iş gedir", - deyə o əlavə edib.