Report agentliyinə istinadən Fed.az xəbər verir ki, "AFB Bank" ASC-də yeni departament - Risklərin idarə olunması Departamenti - yaradılıb. Bu məlumat Bankın saytına istinadən əldə edilmişdir.
Yeni departamentə rəhbərlik Babək Rəsulzadəyə həvalə olunub.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70 393 455 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 265 manat olan 55 647 səhm əsasında formalaşıb. Səhmlərin 99,64%-i "Gilan" MMC-yə, 0,18%-i Tahir Cəmil oğlu Muradova (Bankın daxil olduğu "Gilan Holding" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Həsən Əkbər oğlu Abdullayevə məxsusdur.
report©