Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda “Dəmir yolunun inkişafı Proqramı”nın icrası üçün ayırdığı 1 mln. ABŞ dolları həcmində texniki dəstəklə bağlı xüsusi maliyyələşməni təsdiqləyib.
Bank vəsaiti “Azərbaycan Dəmir Yolları” QSC-də korporativ və institusional islahatların aparılması və qurumun maliyyə restrukturizasiyası, həmçinin Şimal-Cənub dəmir yolu dəhlizi boyunca dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi üçün ayırır.
Həmçinin, bu maliyyələşmə kompüterləşdirilmiş yük əməliyyat və yüklərin izlənməsi sisteminin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını da əhatə edəcək.
Report©