ABŞ prezidenti Donald Tramp administrasiyası Ali Məhkəmənin qərarından sonra 166 milyard dollardan çox məbləğdə olan idxal rüsumlarının geri qaytarılması proseduruna başlayır.
WSJ: BƏƏ valyuta qıtlığı halında ABŞ dollarından imtina edə bilər
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə ”The New York Times (NYT)” qəzeti yazır.
“Bir il əvvəl prezident vəd etmişdi ki, qlobal rüsumlar "Amerikanı varlandıracaq". Lakin Ali Məhkəmə hökuməti idxalçılara vəsaiti geri qaytarmağa məcbur edib”, - nəşrdə qeyd olunur.
Bazar ertəsindən etibarən şirkətlər vəsaitlərin faizlə birlikdə geri ödənilməsi üçün müraciət edə biləcəklər. Yalnız rüsumları rəsmi şəkildə ödəmiş təşkilatlar vəsaitlərini geri ala bilər.
Ağ Ev geri ödənişlərin bir hissəsini və ya hamısını dayandırmaq üçün yenidən məhkəməyə müraciət edib-etməyəcəyini açıqlamayıb.
Xatırladaq ki, ABŞ lideri fevralın 21-də bütün ölkələr üçün ABŞ-a ixrac olunan mallara 10% həcmində rüsum tətbiqini nəzərdə tutan qanunu imzalayıb. Ağ Evdə bildirilib ki, tariflər 150 gün müddətinə tətbiq olunacaq və bəzi kateqoriyalar ümumiyyətlə rüsumlardan azad ediləcək. Bunlara bir sıra metallar, enerji daşıyıcıları, bəzi faydalı qazıntılar və müəyyən əczaçılıq məhsulları daxildir.
Trampın tarif siyasəti nəticəsində ölkənin dünya dövlətlərinin təxminən 40%-i ilə ticarəti azalıb. Belə ki, Şərqi Asiyada ən böyük azalma Laos (–54%), Bruney (–24,2%) və Çin (–23,2%) ilə qeydə alınıb. Mərkəzi Asiyada isə Monqolustan (–43,6%), Tacikistan (–29,3%) və Qazaxıstan (–15,7%) ilə ticarət zəifləyib. Yaxın Şərqdə azalma Yəmən (–55,9%) və İranı (–38,5%) da əhatə edib. (Trend)













