31 iyul 2022-ci il tarixinə Azərbaycan Maliyyə Nazirliyi ölkənin ən iri bankı “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) kapitalındakı payını 92,56%-dək artırıb.
FED.az xəbər verir ki, 31 dekabr 2021-ci il tarixinə ABB-nin kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edib.
Avqustun əvvəlinə ABB-nin kapitalı 1 milyard 225 milyon 647,82 min manata bərabər olub (2021-ci ilin sonuna olan göstəricidən 1,3% az), bu da ödənilmlş səhmlərin silinməsi ilə əlaqədardır.
Bütövlükdə, 31 iyul 2022-ci il tarixinə ABB-nin kapitalında dövlətin payı 96,37% təşkil edir (2021-ci ilin sonuna - 95,15%), həmçinin 3,81% pay (3,76%) Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur.
Bundan əlavə, bankın kapitalında 3,06% minoritar-fiziki şəxslərə (2021-ci ilin sonuna – 4,30%), 0,23% - “Aqrarkredit” QSC-yə (payı dəyişməyib), 0,34% - digər hüquqi şəxslərə (0,32%) məxsusdur.
ABB 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın səhmdarları 1763 hüquqi və fiziki şəxsdir. (İnterfaks-Azərbaycan)