FED.az Azərbaycanın ən böyük bankı, ölkənin bank sektorunun lideri, kredit və depozit göstəriciləri üzrə ilk yeri tutan Azərbaycan Beynəlxalq Bankının (ABB) gəlir mənbələrini təqdim edir.
«Naxçıvanbank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Kapital Bank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
«Paşa Bank» ASC pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
ABB bankın çoxsaylı filial şəbəkəsi, fərqli istiqamətdə layihələrdə iştirakı, biznesin bütün təbəqələrinin maliyyələşdirilməsindəki aktivliyi, eləcə də internet bankinq və bank kartları üzrə fəaliyyəti ona müxtəlif istiqamətlərdən gəlir əldə etməyə imkan verir.
Nəticədə bankın gəlirlərinin yalnız yarısı kredit faizlərindən daxil olub.
2022-ci ilin ilk yarım illiyinin nəticələrinə görə, «Azərbaycan Beynəlxalq Bankı (ABB)»ın ümumi gəlirləri 334,5 milyon manat təşkil edib.
Hesabat dövründə (ilk 6 ayda) «ABB Bank»ın gəlirlərinin böyük hissəsi – 174,4 milyon manatı və ya bütün gəlirlərin 52%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Bank ilk 6 ayda komissiya haqlarından 45 milyon manata yaxın gəlir əldə edib – bu bütün gəlirlərin 13%-ni təşkil edir. ABB-nin daha çox gəlirləri isə valyuta əməliyyatlarından daxil olub – 45,8 milyon manat. ABB valyuta əməliyyatlarından ən çox gəlir əldə edən bankdır – ümumi gəlirlərin 14%-i.
ABB-nin daha bir böyük gəlir maddəsi qiymətli kağızlardır – 2022-ci ilin ilk 6 ayında bank bu sahədən 32,8 milyon manat gəlir əldə edib – ümumi gəlirlərin 10%-i bu sahədən daxil olub.
ABB-nin başqa banklarda saxladığı depozitlər isə ona 38 milyon gəlir təmin edib – bütün gəlirlərin 11%-i.
Bütün bunlardan başqa, ABB digər faiz və qeyri-faiz gəlirləri olaraq yarım ildə 17 milyon vəsait əldə edib.
Ümumiyyətlə, «Azərbaycan Beynəlxalq Bankı (ABB)»ın ümumi gəlirlərində faiz gəlirləri 76%, qeyri-faiz gəlirləri 24% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlirdə payı |
Kredit portfeli üzrə faiz gəliri |
174 438 |
52% |
QK-a investisiyadan gəlir |
32 794 |
10% |
Digər banklara depozitlərdən gəlirlər |
38 020 |
11% |
Digər banklara kreditlərdən gəlirlər |
694 |
- |
Komissiya haqları |
44 485 |
13% |
Valyuta əməliyyatlarından gəlirlər |
45 830 |
14% |
Digər faiz gəlirləri |
7 910 |
2% |
Digər qeyri-faiz gəlirləri |
9 011 |
3% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
335 496 |
100% |