Azərbaycan Beynəlxalq Bankı ASC (ABB) Bakı şəhərində elektron şöbəsini istifadəyə verib.
Yeni şöbə "Əla - ən lazımlı anda" brendi altında fəaliyyət göstərir.
Şöbə Tərlan Əliyarbəyov küçəsi, 9 ünvanında yerləşir.
Burada müştərilər lazımi avadanlıqlarla ABB-nin əməkdaşları ilə əlaqə saxlayıb bank əməliyyatları həyata keçirə bilərlər. Həmçinin bu şöbədə 6 il istifadə müddəti olan "Əla" plastik kartları da müştərilərə təqdim olunur.
report©