Azərbaycan Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən Ortamüddətli büdcə çərçivəsi Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Azərbaycanın gələn il üçün büdcəsinin proqnoz göstəriciləri müzakirə olunub - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ortamüddətli büdcə çərçivəsi Azərbaycan Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na və “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli 71s nömrəli Sərəncamına əsasən tərtib olunub.
Sənəd büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, milli xərc prioritetlərini, ortamüddətli resurs zərfini, icmal büdcənin və dövlət büdcəsinin gəlir və xərclərinin proqnozlarını, habelə büdcə islahatlarına cəlb olunan sektorlar üzrə nəzərdə tutulan proqramların həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin yuxarı hədləri barədə məlumatları ehtiva edir.













