2022-ci ildə bir barel neftin orta qiyməti $105 səviyyəsində olacağı halda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri $48,7 milyarda çata bilər.
Eləcə də bax: Nazir neft qiymətinin büdcədə 85 dollar olmasına - AYDINLIQ GƏTİRİB
2021-ci ilin yekunları üzrə ARDNF-nin aktivləri təxminən $45 milyard təşkil edib. Beləliklə, 2022-ci ildə Fondun aktivlərinin artımı 8,2% təşkil edə bilər.
FED.az xəbər verir ki, Maliyyə Nazirliyinin materiallarına görə, neftin müxtəlif qiymətləri halında ARDNF-nin aktivlərinin dəyişməsi ilə bağlı bir neçə ssenari hazırlanıb.
Xüsusilə, baza variantı halında, cari il ərzində bir barel neftin orta qiyməti $85 olacağı zaman, ARDNF-nin aktivləri 2023-cü ilə qədər $47,8 milyarda çatacaq (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 6,2% - İF).
Cari il ərzində bir barel neftin orta qiyməti $95 halında 2023-cü ilədək ARDNF-nin aktivləri $48,3 milyarda çatacaq (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 7,3% - İF).
Həmçinin, Maliyyə Nazirliyinin materiallarında neftin qiymətinin azalması halında variantlar da yer alıb. Xüsusilə, cari il ərzində bir barel neftin orta qiyməti $75 halında 2023-cü ilədək ARDNF-nin aktivləri $47,3 milyarda çatacaq (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 5,1% - İF).
Cari il ərzində bir barel neftin orta qiyməti $65 halında 2023-cü ilədək ARDNF-nin aktivləri $46,9 milyarda çatacaq (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,2% - İF).
Eyni zamanda, Maliyyə Nazirliyi qeyd edir ki, beynəlxalq təsisatların proqnozlarına görə, 2022-ci ildə bir barel Brent markalı neftin orta qiyməti $100-107 təşkil edəcək.
O cümlədən, Maliyyə Nazirliyi qeyd edib ki, bir barel neftin orta qiymətinin $10 ucuzlaşması Azərbaycanın icmal büdcəsinin gəlirlərinin illik orta hesabla 1,7 milyard manat ($1 milyard) azalmasına gətirir. (İnterfaks-Azərbaycan)