Maliyyə naziri Samir Şərifov 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər nəticəsində neftin bir barelinin qiymətinin 85 ABŞ dolları səviyyəsində götürülməsinə aydınlıq gətirib.
Eləcə də bax: "Növbəti 7 ay üçün neftin büdcədə qiymətini 70%-ə kimi artırırıq"
FED.az xəbər verir ki, Samr Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, bu qiymət məqbul hesab edilir.
“Burada təklif olundu ki, riskləri nəzərə alaraq neftin qiyməti dövlət büdcəsində 75 ABŞ dollarına qədər endirilsin. Qeyd edim ki, 2022-ci ilin beş ayında “Azeri Light” markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub. 5 ay ərzində daxil olan vəsaitləri və növbəti 7 ay üzrə daxil olacaq vəsaiti nəzərə alaraq neftin bir barrelinin orta qiymətinin 85 dollar götürülməsi məqsədəuyğundur”, - deyə nazir bildirib. (Trend)