2022-ci ilin birinci yarımilliyində neftin bir barelinin orta qiyməti açıqlanıb.
Eləcə də bax:2023-cü ilin dövlət büdcəsinin ilkin göstəriciləri - AÇIQLANDI
FED.az xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, 2022-ci ilin birinci yarımilliyində neftin orta qiyməti dövlət büdcəsində proqnozlaşdırılan qiymətdən yüksək olub, tədiyə balansında müsbət meyillər qorunub.
Qlobal tələbin sürətli bərpası şəraitində “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 2021-ci ilin birinci yarısına nisbətən 68,1 faiz çox olmaqla 110,3 ABŞ dolları səviyyəsində qərarlaşıb. (Trend)