2022-ci ilin sonuna Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin və hüquqi şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi 44,9% olub.
Milli Məclisdə əmanətlərin vergidən azad edilməsi müddətinin uzadılması - TƏKLİF OLUNDU
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
2021-ci ilin sonuna bu göstərici 45,4% təşkil edib. 2022-ci ilin I rübünün yekunları üzrə əmanət və depozitlərin dollarlaşma səviyyəsi 46,4%, I yarımilliyin yekunları üzrə 46%, 9 ayın yekunları üzrə isə 45% olub.
2022-ci ilin sonuna hüquqi şəxslərin depozitlərində xarici valyutanın payı 52,8% (2021-ci ilin sonuna 52,2%, 2022-ci ilin I yarısının sonuna 54,4%) təşkil edib.
2022-ci ildə fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 39,2% (2021-ci ilin sonuna 41%, 2022-ci ilin iyun ayının sonuna 40,2%) olub.
AMB qeyd edir ki, 2022-ci ildə ev təsərrüfatlarının əmanətləri üzrə dollarlaşma səviyyəsi (qeyri-rezident fiziki şəxslərin əmanətləri nəzərə alınmadan) 5 faiz bəndi - 35,6%-dək azalıb.
2021-ci ildə xarici valyutada əmanət və depozitlərin payı 2,8 faiz bəndi - 45,4%-dək azalıb.
2022-ci il dekabrın 31-nə banklarda əmanət və depozitlərin həcmi 36 milyard 249,76 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 24,9% çoxdur. Fiziki şəxslərin əmanətləri 11 milyard 742,95 milyon manat məbləğində (artım 27,1%) qiymətləndirilir. (İnterfaks-Azərbaycan)