Bakıda “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, 2016-cı ilin 9 ayında xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2 dəfə, tərəfdaş ölkələr 18%, ixrac olunan məhsul çeşidləri isə 12% artıb. Qeyri-neft ixracının 54%-i MDB üzvü olan dövlətlər və Gürcüstanın, 36%-i Türkiyə, İsveçrə, İran, Çin, Almaniya, İtaliya, 11%-i isə digər ölkələrin payına düşür.
Bu barədə Fed.az-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Şahin Mustafayev: “ 9 ayda ixrac olunan məhsulların çeşidi 12% artıb”
17:08
19 Okt 2016