Azərbaycan Mərkəzi Bankı (AMB) istehlakçı şikayətlərinin idarə edilməsinə görə beynəlxalq sertifikat alıb.
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
FED.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Bank tərəfindən maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması, istehlakçı şikayətlərinin idarə edilməsi üzrə mövcud proseslərin beynəlxalq standartlara uyğunlaşdırılması və qabaqcıl təcrübələrin tətbiqi istiqamətində ardıcıl işlər həyata keçirilir.
"Bu tədbirlər üzrə Mərkəzi Bankda mövcud şikayətlərin idarə edilməsi sisteminin ISO 10002:2018 “Keyfiyyətin idarə edilməsi – Müştəri məmnuniyyəti – Təşkilatlarda şikayətlərin idarə edilməsi üzrə rəhbərlik” standartın tələblərinə uyğunluğu qiymətləndirilib.
“TÜV Austria Azərbaycan” sertifikatlaşdırma şirkətinin apardığı qiymətləndirmənin nəticəsi olaraq Mərkəzi Bank istehlakçı şikayətlərinin araşdırılması və idarə olunması üzrə ISO 10002:2018 İdarəetmə sistemi sertifikatına layiq görülüb", - məlumatda qeyd edilib.













