Azərbaycanın xarici ticarətdə əsas partnyor ölkələri açıqlanıb.
FED..az xəbər verir ki, 2020-ci ilin ilk 4 ayında ölkəmizin əsas xarici partnyorları İtaliya, Türkiyə və Rusiya olub.
Eləcə də bax: Bakıda son üç ayda ticarət dövriyyəsinin - HƏCMİ ARTIB
Ötən ilin eyni dövründən fərqli olaraq Çin ilk 3-lüdəki yerini itirib və onu Rusiya əvəzləyib.
Çinlə Azərbaycanın xarici ticarəti 502 milyon dollara enib ki, bu da ötən illə müqayisədə 46% azdır. Çinlə ticarətin ümumi ticarətdə payı 8%-dən 5%-ə düşüb.
Azərbaycanın ixrac etdiyi ölkələrin arasında da dəyişiklik var.
İlk iki yeri əvvəlki kimi İtaliya və Türkiyə tutur. İtaliyanın payı 30-dan 38%-ə, Türkiyənin payı isə 11-dən 16%-ə yüksəlib.
Çin isə Azərbaycanın ən çox mal ixrac etdiyi ölkələrin ilk 10-luğundan çıxıb (ötən il 3-cü idi). 3-cü yeri indi İsrail tutur. Sonrakı yerləri Hindistan, Yunanıstan və Rusiya tutur. Ötən il bu yerlərdə İsrail, Almaniya və İspaniya idi.
Azərbaycanda əsas ykrləri isə Rusiya, Türkiyə və Çin tutur. Ötən il ilk yerdə İsveçrə idi, bu il İsveçrə ilk 10-duqda belə deyil. Ötən il 4-5-ci yerləri Çin, İran və Almaniya tuturdu, bu il ABŞ, Almaniya və İtaliya önə çıxıb.