İranda koronavirus infeksiyasının aşkar edilməsindən sonra cənub qonşumuzla ölkəmiz arasındakı Biləsuvar və Astara gömrük buraxılış məntəqələri gücləndirilmiş iş rejiminə keçib.
Eləcə də bax:İrandan Azərbaycana nə gətirilir - HANSI MALLAR BAHALAŞA BİLƏR? - SİYAHI
Görəsən, koronavirus epidemiyası yayılmamışdan əvvəl İrandan ölkəmizə idxal edilmiş ərzaq məhsulları ilə bağlı təhlükə varmı?
FED.az xəbər verir ki, xüsusən Novruz bayramı ərəfəsində quru meyvə məhsullarına ölkəmizdə tələbatın yüksək olması bu məsələni daha da aktuallaşdırır.
Bununla bağlı narahatlıq bazarlara da təsirsiz ötüşməyib.
Satıcılar bildiriblər ki, hazırda əvvəl idxal olunan məhsulları satırlar. Artıq İrandan heç bir məhsul gətirilmir.
Eləcə də bax: İrandan "Sədərəy"ə - MAL GƏTİRİLMƏSİ DAYANDIRILDI
Alıcılar isə İran məhsullarında koronavirusun olub-olmamasından əmin deyillər. Ona görə də quru meyvə məhsullarını almağa ehtiyat edirlər.
Öncədən idxal edilən məhsulların təhlükəli olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə dəfələrlə əlaqə saxlasaq da, heç bir mövqe bildirilməyib.
Baku TV