Aprelin 30-u Bakı vaxtı ilə saat 17:00-da “Azərbaycan iqtisadiyyatı qlobal pandemiya, islahatlar və post-pandmeiya dövründə” mövzusunda onlayn konfrans keçiriləcək.
FED.az xəbər veirr ki, konfrans ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.
Veb-konfransda Azərbaycan İqtisadiyyat nazirinin müavinin Rövşən Nəcəfov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Yusif Abdullayev və KOBİA-nın İdarə heyətinin sədrinin müavini Rüfət Atakişiyev iştirak edəcəklər.
Tədbirdə pandmeiyanın Azərbaycan iqtisadiyyatına təsiri, bu təsirləri azaltmaq üçün hökumətin atdığı addımlar və başqa əlaqəli məsələlər müzakirə olunacaq.