Ukrayna Rusiya müharibəsi yalnız tərəflərə təsir etməklə kifayətlənməyib, yan təsirlər törətməklə bu ölkələrlə ticarət dövriyyəsinin həcmi böyük və ya qonşu olan ölkələrə də sirayət edəckdir.
Nəzərə alsaq ki, sadəcə pandemiyanın Rusiya əhalisinin cibinə olan təsirlərinin azaldılması məqsədi ilə iri taxıl istehsalçılarından olan Rusiyanın yaxın zamanda ölkədən ixrac edilən taxıla tətbiq etdiyi məhdudiyyətlər təbii olaraq Türkiyə də daxil olmaqla bir sıra ölkərlərdə çətinliklərin yaşanmasına, əlavə xərcin yaranmasına səbəb olmuşdur.
Azərbaycanın da Rusiya ilə qonşu olduğunu, ticarət dövriyyəsinin həcmində Rusiyanın xüsusi yer tutduğunu, pul axını həyata keçirilən əsas ölkələrdən biri olduğunu, böyük insan kütləsinin Rusiyada çalışdığını nəzərə alaraq Ukrayna Rusiya müharibəsinin uzun müddət dəvam edəcəyi təqdirdə ölkə iqtisadiyyatına, o cümlədən mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə təsirsiz ötüşməyəcəyi qənaətinə gəlmək olar.
Sizi yormadan, rəqəmlərə toxunmadan məsələni sadə və anlaşılan dillə izah etsək, qərbin Rusiyaya tətbiq etdiyi saksiyalar nəticəsində rubl xarici valyuta qarşısında kəskin dəyər itirmişdir. Bunun nəticəsi olaraq rusiya vətəndaşlarının da gəlirlərləri azalmış, alıcılıq qabiliyyəti aşağı düşmüşdür.
Məlum olduğu kimi Azərbaycandan Rusiyaya kifayət qədər böyük həcmdə kənd təsərrüfatı məhsulları ixrac edilməkdədir. Rublun dəyər itirməsi ilkin dövrdə Rusiya əhalisinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və Rusiyanın öz məhsullarını ixrac edə bilməməsi səbəbi ilə Azərbacaycandan Rusiyaya ixracın həcminin azalmasına səbəb ola bilər. Satışların zəifləməsi səbəbi ilə gəlirləri azalan KOB subyektləri, əlavə olaraq gəlirlərini rubuldan milli valyutaya çevirdikdə əvvəlki dövrə nisbətdə daha az gəlir əldə edəcəkdir. Bununla yanaşı, Rusiyanın xarici pul əməliyyatlarına tətbiq edilən məhdudiyyətlər səbəbi ilə KOB subyektlərinin Rusiya və Azərbaycan arasında pul köçürmələrində də maneələrin yaşanmasını, qara bazarda isə canlanmanın artmasını ehtimal etmək olar.
Yaşaması ehtimla olunan çətinliklər səbəbi ilə zəncir vari olaraq ixracatçıların gəlirlərinin azalması onlarla qarşılıqlı ticarət fəaliyyətini həyata keçirən digər yerli KOB subyektlərinin də (işçi qüvvəsi, qablaşdırma, logistika və digər sahələrdə fəaliyyət göstərən) müəyyən qədər gəlirlərinin azalması, fəaliyyətlərinin zəifləməsi ilə nəticələnə bilər.
Məsələyə başqa aspektdən baxdıqda KOB subyektləri üçün ucuz işçi qüvvəsinin yaranma ehtimalı ortaya çıxır. Buna səbəb isə yuxarıda sadalanan ehtimallar, o cümlədən Rusiyada xarici şirkətlərin fəaliyyətini dayandırması nəticəsində xeyli insan, o cümlədən azərbaycanlılar işsiz qala bilər. Gələcəkdə gəlirləri azalan insanlar Rusiyada fəaliyyətlərinin səmərəsiz olduğuna inanar, belə olan halda isə kütləvi şəkildə ölkəyə geri dönmə halları yaşana bilər. Nəricədə ölkdə əmək bazarında təklif artdıqda əmək haqlarında azalmalar, işsiz insanların və kriminagen hadisələrin sayında artımlar müşahidə oluna bilər. Belə olan halda ucuz işçi qüvvəsini işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidən qurma işlərinə cəlb etməklə balanslaşdırmaq olar.
Həmçinin, ilkin dövr üçün ixracın azlanması səbəbi ilə yerli bazarda bir sıra məhsulların qiymətində azalmalar da ola bilər.
Ukrayna Rusiya müharibəsinin yaşada biləcəyi fəsadlarla yanaşı yeni imkanlar da ortaya çıxacadır. Belə ki, əsas istehsalçı ölkələrdən olan Çindən Avropaya qədər uzanan Şərq Qərb Nəqliyyat Dəhlizinin Rusiyadan keçən hissəsinin fəaliyyətinin dayanması tranzit yükdaşımaların Azərbaycan vasitəsi ilə həyata keçirilməsinə səbəb ola bilər. O cümlədən, Rusiya üçün Avropa hava məkanı bağlandığından Rusiya investorları (bərpa olunmadığı halda) Avropaya ən yaxın məkanda yerləşən və qonşusu olan Cənubi Qafqaz ölkələri vasitəsi ilə Avropaya çıxmağa çalışa bilər. Bu ehtimalı nəzərə alaraq, yerli kargo və logistika şirkətlərinin indidən hazırlıq görməsi məqsədəuyğun olar.
Tətbiq edilən sanksiyalar nəticəsində qərbə çıxışı çətinləşən Rusiya investorları diqqətlərini Cənubi Qafqaz, Orta Asiya ölkələrinə yönəldə bilər. İnvestisiya qoyuluşu ilə yanaşı, qərbdə müəyyən çətinliklərlə qarşılaşmamaq üçün Rusiya investorları şirkətlərini post sovet ölkələrində təsis edə bilərlər.
Müharibənin səngiməsi və ya sonlanması halında isə Rusiyada qərb şirkətlərinin fəaliyyətini dayandırması, baş vermiş çalxalanmaların nəticəsində Rusiya bazarda boşluq yaranacdır. Bu boşluğu isə yerli sahibkarlar fürsətə çevirib yeni imkanlar əldə edə bilər.
Rusiya ilə yanaş Ukraynda da imakanlar yaranacadır. Tiktinti və tikinti məhsulları istehsalçısı olan yerli şirkətlər ilk növbədə Qarabağın bərpa olunmasında iştirak etməklə, Ukraynda həyata keçiriləcək yenidən qurma və abadlaşma işlərində iştirak edə bilərlər.
Rauf Tağıyev, iqtisadçı, KOB üzrə mütəxəssis