2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən Azərbaycana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq, 48,4 milyon dollara çatıb.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyədən Azərbaycana 5,6 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 43,6 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,4 faiz azalaraq, 4 milyard dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 346 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 0,3 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 4,3 milyard dollar məbləğində sement ixrac edib. (Trend)