2022-ci ilin iyul ayında Türkiyədə illik inflyasiya 79,6 faiz təşkil edib.
Eləcə də bax: Türkiyə fındığın alış qiymətini elan etdi – 1 KİLOQRAM ÜÇÜN MƏBLƏĞ
FED.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir.
Qeyd olunur ki, inflyasiya iyun ayı ilə müqayisədə 2,37 faiz, ötən ilin dekabrından bəri isə 45,72 faiz artıb.
İl ərzində ən çox nəqliyyat xidmətləri (119,11 faiz), ərzaq (94,65 faiz) və mebel (88,35 faiz) bahalaşıb.
İyun ayında illik inflyasiya 78,62 faiz təşkil etmişdi. (Trend)