FED.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fındıq qiymətləri ilə bağlı açıqlama verib, “Fındığın orta qiymətini 54 lirə olaraq izah edirəm. TMO bütün hazırlıqlarını başa çatdırıb”-deyə dövlət başçısı bildirib.
Eləcə də bax: Almanlar Azərbaycan fındığının alışını - KƏSKİN ARTIRIR
Qeyd edək ki, Türkiyədə fındığın alış qiyməti təkcə Türkiyənin özü üçün deyil, fındıq isvtehsalı ilə məşğul olan digər ölkələr, o cümlədən Azərbaycandakı fındıq istehsalçıları üçün də bençmark – yəni oriyentir qiymət rolunu oynayır.
Başqa sözlə, fındıq bazarında qiymətlər bu qiymətə əsasən müəyyən edilir.
Çünki dünyanın şirniyyat sənayesində istifadə olunan, o cümlədən İtaliyanın «Ferrero» şirkətinin ehtiyaclarının ödənilməsi üçün alınan fındığın böyük hissəsi Türkiyənin payına düşür.
Məhz buna görə bütün regiondakı fındıq istehsalçıları «Ferrero» şirkətinin və Türkiyənin elan edəcəyi fındıq qiymətlərini diqqətlə izləyir və öz məhsullarının qiymətlərini ona uyğunlaşdırırlar.
Türkiyə prezidentinin elan etdiyi qiymətə əsasən, bu ölkədə fındıq istehsalçılarından fındığın kiloqramı 54 lirə və ya indiki məzənnə ilə 3 dollara alınacaq.
İstehsalçılara yeni fındıq qiyməti ilə bağlı gözləntilərini soruşan Ərdoğan, aldığı cavablardan sonra, «İstehsalçılarımızı incitməyəcəyik, inşallah. Məsləhətləşmələrdən sonra bura gəldik»- deyib.