Türkiyədə illik inflyasiya yenidən azalıb.
AMB sədri kommunal tariflərdə artımın inflyasiyaya təsirini açıqlayıb
FED.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatına (TÜİK) görə, cari ilin fevral ayında illik inflyasiya 39.05% təşkil edib. Yanvar ayında bu rəqəm 42.12% təşkil etmişdi. Yanvar ayında istehlak qiymətləri əvvəlki aya görə 2.27% artıb.
Qeyd edək ki, əvvəlki ilin fevral ayına nisbətən ən az artım göstərən əsas qrup 20.84%-lə geyim və ayaqqabı, ən çox artım qeydə alınan əsas qrup isə 94.90%-lə təhsil qiymətləri olub.
Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı, ötən il isə bu göstəricinin ən yüksək səviyyəsi - 75.45%-lə may ayında qeydə alınıb. (Apa)