Mərkəzi Bank kommunal tariflərdə artımın inflyasiyaya təsirini açıqlayıb.
Azərbaycanda əhali üçün təbii qazın - QİYMƏTİ ARTIRILDI - YENİ QİYMƏTLƏR
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O deyib ki, 2025-ci ildə tənzimlənən qiymətlərin inflyasiyaya artırıcı təsiri 0,51 faiz bəndidir və illik inflyasiya gözləntisi 5,5% təşkil edir. Biz inflyasiyaya təsirlərini qiymətləndirmişik. Bura həm birbaşa və dolayı təsir daxildir.