Ukrayna limanları ilə bağlı Türkiyə və Rusiyanın razılığa gəldiyi bildirilir.
Eləcə də bax: Ukrayna XİN: "Rusiyanın blokadası nəticəsində 22 milyon ton taxıl limanlarda qalıb"
FED.az xəbər verir ki, Rusiyanın “İzvestiya” qəzetinin verdiyi məlumata görə, Rusiya və Türkiyə taxıl yüklü gəmilərin Ukraynanın liman şəhəri Odessadan yola salınması üçün müvəqqəti plan barədə razılığa gəliblər.
Plana görə, Türkiyə Silahlı Qüvvələri Odessanın sahil bölgəsində minaların təmizlənməsinə cavabdeh olacaq.
Taxıl yüklü gəmiləri Odessadan Qara dənizdəki neytral sulara qədər türk gəmiləri, buradan isə Boğaza qədər Rusiya hərbi gəmiləri müşayiət edəcək.
Planın Rusiya xarici işlər naziri Sergey Lavrovun 8-9 iyun tarixlərində Türkiyəyə səfəri zamanı gündəmdə olacağı gözlənilir. Kremlin sözçüsü Dmitri Peskov Lavrovun Ankaraya səfəri zamanı taxıl məsələsinin də müzakirə olunacağını təsdiqləyib. (Marja)