Bu ilin sentyabr ayında Türkiyədən Rusiyaya mal tədarükünün həcmi pul ifadəsində aylıq rekordu yeniləyərək 1,15 milyard dollara çatıb.
Eləcə də bax: Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi – 5 ÖLKƏ, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu, avqust ayı ilə müqayisədə (948 milyon dollar) 21%, 2021-ci ilin sentyabrında isə (504 milyon dollar) isə 2,3 dəfə çoxdur.
Türkiyənin rəsmi Statistika İnstitutu məlumat yayıb.
Ümumilikdə Türkiyənin Rusiyaya ixracının həcmi fevralda Qərbin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsindən əvvəlki rəqəmlərlə müqayisədə təqribən 2,4 dəfə artıb (2021-ci ildə Türkiyənin Rusiyaya ixracı orta hesabla ayda 481 milyon dollar təşkil edib).
Qeyd edək ki, Türkiyə Rusiya Federasiyasına qarşı sanksiyalara qoşulmayan yeganə NATO ölkəsidir.
İxracda bu qədər artımdan sonra Türkiyə Rusiyaya ixracın həcminə görə, Almaniyaya çatıb. May-avqust aylarında Almaniyanın Rusiyaya ixracı 1,1-1,2 milyard dollar səviyyəsində sabitləşib.
Ankara Almaniyanı keçərsə, Rusiyaya mal ixrac edən üçüncü ölkə olacaq. Birinci və ikinci yerləri Çin və Belarus tutur.