Yanvar-sentyabr aylarında Azəbaycandan qeyri-neft məhsullarının ixracı 2,1 milyard dollar təşkil edib.
FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı «İxrac icmalı»na istinadən xəbər verir ki, ölkədən ən böyük qeyri-neft ixracı 5 ölkəyə edilib.
Belə ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 602,2 milyon ABŞ dolları, Türkiyəyə 511,6 milyon ABŞ dolları, Gürcüstana 144,6 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 136,3 milyon ABŞ dolları və ABŞ-a isə 63,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Bu 5 ölkəyə ümumilikdə 1 milyard 460 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib ki, bu da ümumi qeyri-neft ixracının 3-də 2-si deməkdir.
Ötən ilin yanvar sentyabr ayları ilə müqayisədə Rusiyaya ixrac 2,7%, Türkiyəyəy ixrac 12,5%, Gürcüstana ixrac 20%, ABŞ-a ixrac 16,4% artıb, İsveçrəyə ixrac isə 22% azalıb.
2022-ci ilin sentyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (74,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (20,5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (18,5 milyon ABŞ dolları) üçüncü olub.