ABŞ Prezidenti Donald Tramp, İrana yeni sanksiyalar tətbiq edilməsini nəzrərdə tutan fərman imzaladığını açıqlayıb. O, yeni sanksiyaların dini lider Ayətullah Əli Xameneyini də hədəf aldığını bildirib.
ELƏCƏ DƏ BAX : Donald Tramp İranla müharibə istəmədiyini və danışıqlara hazır olduğunu təsdiqləyib
FED.az xəbər verir ki, Tramp, sanksiyaların Amerika dronunun vurlmasına cavab olduğunu bildirib. Hədəfində İranın dini lideri Ayətullah Əli Xameneyinin olduğunu açıqlayıb.
Tramp, Amerika Birləşmiş Ştatlarının İranın terrora maliyyə dəstəyini kəsmək istədiyini xatırladıb. Həmçinin Tramp "Amerika Birləşmiş Ştatları İran ilə anlaşmağı çox istəyir" deyib.