ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq etdiyi tarifi 125 faizə yüksəltdiyini açıqlayıb.
FED.az xəbər verir ki, o yeni tarifin dərhal qüvvəyə minəcəyini bildirib. Tramp bu addımı Çinin dünya bazarlarına hörmətsizlik etməsini əsas gətirərək atdığını bəyan edib.
“Yaxın gələcəkdə Çin başa düşəcək ki, ABŞ-ı və digər ölkələri talamaq artıq dayanıqlı və ya qəbuledilən deyil”,- deyə Tramp əlavə edib. (Azərtac)