ABŞ prezidenti Donald Tramp çoxdan gözlənilən yeni gömrük tariflərini açıqlayıb.
FED.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yeni vergi tariflərini açıqlayıb. Tramp sabahdan etibarən ABŞ-ın digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və əsas tarif dərəcəsinin yüzdə 10 olacağını açıqlayıb. Çin və Vyetnam ən yüksək tarif dərəcələrinə tabe olan ölkələr olub.
Tramp: "Çin ABŞ-a 67 faiz rüsum tətbiq edir. Biz 34 faiz tarif tətbiq edəcəyik. Avropa Birliyi sərt rəqibdir. Bizi soyublar. 20 faiz tarif tətbiq edirik"-deyə bəyanat verib. ABŞ Türkiyəyə 10 faiz gömrük rüsumları tətbiq edəcək. Meksika və Kanada Ağ Evin açıqladığı qarşılıqlı tariflərlə üzləşən ölkələrin uzun siyahısından kənarda qalıb.
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən toplantıda ölkələr üçün yeni vergi tariflərini açıqlayıb. Özlərinə zərər verən ticarət divarlarını yıxacaqlarını bildirən Tramp, "ABŞ-ın qızıl dövrü geri qayıdır. Bu gün iqtisadi müstəqilliyimizi elan edəcəyik" dedi.
Tramp aprelin 4-dən etibarən ABŞ-ın digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəyini və əsas tarif dərəcəsinin yüzdə 10 olacağını açıqlayıb. Bildirilib ki, yeni tariflər aprelin 5-dən qüvvəyə minəcək.
Tramp: "Çin ABŞ-a 67 faiz rüsum tətbiq edir. Biz 34 faiz tarif tətbiq edəcəyik. Avropa Birliyi sərt rəqibdir. Bizi soyublar. 20 faiz tarif tətbiq edirik". bəyanat verdi.
Tramp həmçinin Vyetnama 46 faiz, Yaponiyaya 24 faiz, Böyük Britaniyaya 10 faiz, Cənubi Koreyaya 25 faiz, Taylanda 36 faiz, İsveçrəyə 31 faiz, Tayvana 32 faiz, Hindistana 26 faiz, Malayziyaya isə 24 faiz tarif elan edib.
Türkiyəyə yüzdə 10 gömrük rüsumu
Meksika və Kanada Ağ Evin açıqladığı tariflərin uzun siyahısından kənarda qalıb. Cədvəldə Türkiyə ilə yüzdə 10 qarşılıqlı tarif var.
ABŞ prezidenti Tailand, Hindistan, Vyetnam və digər ölkələri ABŞ məhsullarına qarşı ədalətsiz tarif siyasətləri və vergi rejimlərinə görə tənqid edib.
Tramp deyib ki, qarşılıqlı tariflər ABŞ-da “daha güclü rəqabət və istehlakçılar üçün aşağı qiymətlər” gətirəcək.
Tramp çıxışında xaricdən gətirilən avtomobillərə 25 faiz gömrük rüsumu tətbiq edəcəklərini xatırladıb.