“Trading Ecomonics” Azərbaycanda makroiqtisadi göstəriciləri ilə bağlı proqnozlarını açıqlayıb.
Azərbaycanda illik inflyasiya - 1%-DƏN AŞAĞI DÜŞDÜ
FED.az xəbər verir ki, beynəlxalq iqtisadi statistika portalı 2024-cü ilin ikinci rübündə Azərbaycanda iqtisadi artımın 3,4%-ə qədər yüksələcəyini, ilin sonuncu rübündə isə 1,5%-ə qədər enəcəyini proqnozlaşdırıb.
“Trading Ecomonics” həmçinin, 2024-cü il üzrə Azərbaycanda inflyasiyanın pik həddinin III rübdə olacağını, 5,3%-ə qədər yüksələcəyini açıqlayıb. Proqnoza görə, ilin sonunda inflyasiya 5%-ə kimi enəcək.
Portal bundan əlavə, bu il Azərbaycanda işsizlik səviyyəsinin 5,8% civarında proqnozlaşdırıb.
Qeyd edək ki, Maliyyə Nazirliyinin 2024-cü ildə Azərbaycanda real ÜDM-in real artımı ilə bağlı gözləntiləri 2.4%, Mərkəzi Bankın proqnozu isə 3-3,5% civarındadır. (Apa)