2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi 2023-cü ilin fevral ayına nisbətən 0,8 faiz təşkil edib.
Ötən ay Azərbaycanda inflyasiyanın kəskin azalmasının səbəbi açıqlanıb - RƏSMİ
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.
Qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0.3 faiz azaldığı halda, qeyri-qida məhsulları üzrə 1.4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2.3 faiz artıb.
2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0.6 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1.3 faiz təşkil edib.