Azərbaycanda təbii suyun təmizlənməsi və boru kəmərlərlə bölüşdürülməsi həcmi 2021-ci ilin ilk yarısında 260 milyon m3-u ötüb.
Eləcə də bax: Azərbaycan alüminium ixracından gəlirlərini - 42% Artırıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
2021-ci ilin birinci yarısında respublika ərazisində 260.3 milyon m3 həcmində təbii suyun təmizlənməsi və boru kəmərlərlə bölüşdürülməsi xidməti həyata keçirilib. Bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 122.7 mln-kub metr, yaxud 89.2% artım deməkdir.
2021-ci ilin start ayında Azərbaycanın su təchizatını həyata keçirən “Azersu” ASC Tarif Şurasına müraciət edərək suyun qiymətinin artırılmasını xahiş etmişdi. Tarif Şurası isə həmin tarixdə qərar qəbul edərək, 2021-ci il fevralın 1-dən bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub. Yəni, düz iki dəfə qiymət artırılmışdı.