İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu özəl sektora dövlət dəstəyi çərçivəsində bu il 1 384 layihənin maliyyələşdirilməsinə 53,9 milyon manat güzəştli kredit veriib.
Eləcə də bax: 6 ayda ən çox sayda güzəştli kredit verən banklar açıqlandı – SİYAHI
FED.az xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov məlumat verib.
"Kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə 96,3%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Verilmiş kreditlər 1 379 yeni iş yerinin yaradılmasına imkan verir", - deyə o, qeyd edib. (Report)