Noyabrın 23-26-da İstanbul şəhərində "Helal Expo" Beynəlxalq Ticarət Sərgisi keçiriləcək.
FED.az xəbər verir ki, sahibkarlar İstanbulda keçiriləcək beynəlxalq sərgiyə dəvət olunurlar.
Hər il keçirilən sərgi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) koordinasiyası ilə "Discover Events" tərəfindən təşkil olunur. Qlobal arenada ən böyük "halal tədbir” sayılan bu sərgi dünyanın hər yerindən 500-dən çox satınalma mütəxəssisini qəbul etmək məqsədi daşıyır. On mini əcnəbi olmaqla, 40 minə yaxın ziyarətçini qəbul etməyə hazırlaşan builki sərgi şirkətlərin B2B müqavilələri ilə halal sektorundan daha çox pay almasına zəmin yaradacaq. 25-dən çox ölkədən milli və fərdi şəkildə iştirakın gözlənildiyi sərgi qida, kosmetika, tekstil, maliyyə və turizm kimi sahələrdən bir çox sektor nümayəndələrini bir araya gətirəcək.