2023-cü ilin yanvar və fevral aylarında Rusiya buğdasının tədarük həcmi keçən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artaraq 6,1 milyon ton təşkil edib.
Azərbaycan buğda idxalını - 2 DƏFƏYƏ YAXIN ARTIRIB
FED.az xəbər verir ki, bu barədə “Bloomberg” “Logistic OS” logistika şirkətinə istinadən xəbər verir.
Qeyd olunub ki, Rusiyada buğdanın qiyməti ötənilki məhsulun çox olması səbəbindən kifayət qədər aşağı idi və bu, alıcıları cəlb edib. Həmçinin qeyd olunub ki, bu dəfə satışlar daha sonra – 2022-ci ilin sonunda, Rusiya taxılının rəqabət üstünlüklərini bərpa etdiyi bir vaxtda başlayıb.
Agentliyin məqaləsinə görə, bu tendensiya o deməkdir ki, yükgöndərənlər Rusiyaya qarşı sanksiyalar nəticəsində yaranmış maliyyə və sığorta ilə bağlı problemləri aradan qaldıra biliblər.
Bu mövsüm Rusiya 2022-ci ildəki 26,7 milyon tona qarşı 29,5 milyon ton buğda göndərib.
Rusiya Kənd Təsərrüfatı Nazirliyi 2023-cü il iyunun 30-dək ölkədən taxıl ixracı üçün kvotaya yenidən baxmaq niyyətində deyil. (Report)