Rəqabət Məcəlləsinin layihəsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.
İqtisadi Şuranın iclası keçirilib, bank sektoruna dair vergi məsələləri - MÜZAKİRƏ OLUNUB
FED.az xəbər verir ki, məsələ parlamentin 2023-cü il üzrə yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib.
Layihə əvvəlcə sessiya ərzində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.