2023-cü ilin yanvar-sentyabr ayları ərzində ÜDM-in müxtəlif sahələrində əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb.
"Xidmət sektoruna investisiya qoyuluşu 27% artıb"
FED.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında bu haqda paylaşım edib.
"Bu göstərici turistlərin yerləşdirilməsi və ictimai iaşədə 26%, informasiya və rabitədə 14,7%, tikintidə 12,5%, emal sənayesində isə 9,4% təşkil edib", - nazir qeyd edib.