"Made in Azerbaijan va "Made in Karabakh - heart of Azerbaijan əmtəə nişanlarına dair İstifadə Qaydalan layihəsi hazırlanaraq rəylərə təqdim edilib.
FED.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
İcraçı direktor deyib ki, "Zeytun Yağı və Süfra Zeytunlarına dair Beynəlxalq Saziş (2015)ə qoşulmağa dair Qanun layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
"Ağdam şərabı" əmtəə nişanına dair istifadə qaydaları hazırlanıb və təsdiq edilib.
"Hədəf olaraq investisiya cəlb olunması üçün böyük qlobal şirkətlərin Azərbaycana gətirilməsi planlaşdırılır. Geniş miqyaslı Azərbaycan investisiya forumu gözlənilir.
İşğaldan azad olunmuş ərazilərə investisiya cəlbi istiqamətində işlər görülür. Ağdam Sənaye Parkının rezidenti olan şirkətin artıq ixraca başlayacaq. Bununla bağlı pilot layihə həyata keçiriləcək.
Qarabağa da xarici investorların gətirilməsi məsələsi gündəmdədir, kifayət qədər yaxşı infrastruktur qurulub, artıq investorların o bölgəyə gətirilməsi vacibdir". - deyə Yusif Abdullayev bildirib.