“Ölkənin ixrac potensialının inkişafında müasir, beynəlxalq ticarət sahəsində tələblərə cavab verən kadrların hazırlanması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İxracatçılar Klubunun təşkilatçılığı ilə keçirilən “İxrac Akademiyası” layihəsində iştirak üçün 30-a yaxın yerli şirkət müraciət edib”.
FED.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.
“Bu təlimlər ixracla məşğul olmaq istəyən və ixrac menecerliyi üzrə ixtisaslaşmaq arzusunda olan şəxslər üçün faydalı olacaq", - deyə o, qeyd edib. (Report)