Rusiyanın İqtisadi İnkişaf Naziri Maksim Reşetnikov Moskva Maliyyə Forumunun plenar iclasında bildirib ki, ərzaq məhsullarının qiymətlərində qlobal artım hələ davam edəcək və Rusiya hökuməti bununla mübarizə aparmaq məcburiyyətində qalacaq.
Eləcə də bax: FAO-dan buğdanın bahalaşması ilə bağlı - Açıqlama
Onun sözlərinə görə, avqust ayında ərzaq məhsullarının qiymət indeksi qeyri-ərzaq məhsullarının qiymət indeksini ötüb keçib.
FED.az xəbər verir ki, Reşetnikov, "Bu (qiymət artımları - rd), dünya iqtisadiyyatının aktiv pul emissiyasına, büdcə kəsirlərinə və uzun müddət yumşaq pul siyasətinə verdiyi təbii reaksiyadır. Və təəssüf ki, bu, sona çatmayan bir prosesdir. Qida seqmentində belə, görürük ki, avqust ayında qiymət artımı yenidən başlayıb - həm buğda, həm də günəbaxan yağı bahalaşır. İşləməyə davam etməliyik", -deyib.
Nazir əlavə edib ki, bu vəziyyətə təsir etmək, mənfi təsirlərini azaltmaq üçün bir sıra tədbirlər tətbiq olunur.
İqtisadi İnkişaf Nazirliyinin rəhbəri qeyd edib ki, açıq iqtisadiyyatda qiymət təzyiqini tamamilə neytrallaşdırmaq mümkün deyil. (Marja)