Bu ilin avqust ayında BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) taxıl qiymətləri indeksi 3,4% artaraq 129,8 bənd təşkil edib ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 31,8% çoxdur.
Eləcə də bax: Rusiyanın buğda istehsalında kəskin azalma gözlənilir - QİYMƏTİ REKORD YENİLƏDİ
FED.az xəbər verir ki, bu barədə FAO-nun aylıq hesabatında deyilir.
"Bir neçə iri ixracatçı ölkədə məhsul növlərinin pisləşməsi nəticəsində dünyada buğda qiymətləri əvvəlki ayla müqayisədə 11,1 bənd (8,8%) artaraq keçən ilin müvafiq dövrünün səviyyəsini 41,5 bənd (43,5%) üstələyib", - FAO-nun məlumatında qeyd olunub.
Mütəxəssislərin fikrincə, avqust ayında digər taxıl məhsullarının qiymətlərində çoxistiqamətli tendensiyalar olub. Qeyd olunur ki, ilk növbədə, Kanada və ABŞ-da arpa istehsalı proqnozlarının azalması, həmçinin buğda qiymətlərinin artması, beynəlxalq arpa kotirovkalarının iyul göstəricisi ilə müqayisədə 10,9 bənd (9%) artmasına səbəb olub. Nəticədə, keçən ilin eyni dövründəki göstərici ilə müqayisədə arpanın qiymət indeksi 35,6% artıb.
FAO-nun hesabatında qeyd olunub ki, avqust ayında sorqonun (qırtıckimilər ailəsindən olan birillik və çoxillik cinsləri olan ot bitkisi – red.) da beynəlxalq kotirovkalarında dəyişikliklər olub. Belə ki, sözügedən bitkinin qiymət indeksi avqustda 2,5% azalıb, lakin ötən ilin eyni ayı ilə müqayisədə isə 43,3% artıb. (Apa)