“Azərbaycanda son 15 ay ərzində 5 mindən çox kiçik və orta biznes subyektləri tərəfindən 1,4 milyard manat dəyərində kredit müraciətləri daxil olub”.
FED.az-ın məlumatına görə, bunu “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatının təqdimatında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, Elektron Kredit Platforması üzərindən 1900-dən çox müraciət üzrə 423 milyon güzəştli kreditin verilməsi təsdiqlənib:
“Ölkəmiz illik 3,4 faiz ümumi daxili məhsul artımını proeksiya edib. Beynəlxalq partnyorlarımız bizimlə razılaşmırdı və bu rəqəmin 1,7 faiz olacağını bildirirdilər. İndi isə biz proeksiya edirik ki, bu göstərici 4 faizədək olacaq”.