Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 37 170,4 mln. manat və ya hər nəfərə orta hesabla 3 712,3 manat təşkil edib.
Azərbaycana xarici investisiyaların həcmi - Kəskin Artıb
FED.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə əhalinin nominal gəlirləri illik ifadədə 1,2%, adambaşına düşən gəlir isə 0,7% artıb.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 336,1 mln. manatlıq vəsait qalıb.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-avqust aylarında Azərbaycanda qiymətlər 4,8% artıb.O cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,4%, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,2% artmışdır.