Bu ilin yanvar-iyun aylarında Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2,636 mlrd. ABŞ dolları təşkil edib.
Eləcə də bax: Azərbaycandan kapital axını - 38% Artıb
FED.az xəbər verir ki, Mərkəzi Bankın məlumatlarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% çoxdur. Ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 82,8% təşkil edib.
SWIFT banklararası köçürmə sisteminə əsasən, iyul ayında dünyanın ən populyar valyutaları müəyyənləşib.
SWIFT-in materiallarına istinadən verilın məlumata görə, iyul ayında reytinqin liderləri dəyişməyib. Belə ki, birinci yeri ABŞ dolları tutub (39,38% pay ilə), bu valyutanın payı həm illik, həm də aylıq nisbətdə bir qədər azalıb. İkinci yerdə avro (38,43%) qərarlaşıb. Avropa valyutasının payı illik ifadədə 5 faiz bəndinə yaxın artıb, lakin aylıq ifadədə bir qədər azalıb. Siyahının üçüncü yerində də ənənəvi olaraq Britaniya funt sterlinqi (5,99%) qərarlaşıb. İlk beşliyə Yaponiya yeni (2,74%) və Çin yuanı (2,19%) da daxil olub. (Apa)